00:00:00
Yazar
Admin User
15.12.2023 11:48 292 2 dəq oxuma
Sosial

"2023-cü ilin yekunlarına və qarşıda duran məsələlərə dair” müşavirə keçirilib

"2023-cü ilin yekunlarına və qarşıda duran məsələlərə dair” müşavirə keçirilib

Dekabrın 14-də Respublika Perinatal Mərkəzində TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun rəhbərliyi ilə “2023-cü ilin yekunlarına və qarşıda duran məsələlərə dair” müşavirə keçirilib.


İnformator.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.


Müşavirədə TƏBİB-in İcraçı direktorunun müavin və müşavirləri, struktur bölmə rəhbərləri, tabelikdə olan tibb müəssisələrinin direktorları və inzibati işlər üzrə müavinləri iştirak ediblər.

 


Vüqar Qurbanov müşavirə iştirakçılarını salamlayaraq 2023-cü il ərzində görülən işlərdən söz açıb. O, xəstəxanalarda yeni şöbələrin yaradılmasının, laboratoriyaların yenidən qurulmasının, regionlarda tibbi xidmətin çeşidinin artırılmasının vətəndaş məmnunluğunun artırılması istiqamətində mühüm rol oynadığını qeyd edərək,  ümumilikdə görüləcək işlərin çox olduğunu da diqqətə çatdırıb:

 


“Növbəti ildə qarşımızda böyük vəzifələr var. Bu vəzifələrin öhdəsindən gəlmək üçün hər biriniz ilk növbədə xəstəxana idarəetməsinə, əlçatan, keyfiyyətli tibbi xidmətlərin təşkilinə, pasiyent məmnunluğuna və təhlükəsizliyinə diqqəti daha da artırmalısınız. Vətəndaş qəbuluna, xəstəxanada növbəliliyin tənzimlənməsinə, şəhid ailələri və müharibə iştirakçılarına xüsusi həssaslıqla yanaşılmalıdır. Bu gün qarşıya çıxan problemlər və onların həlli yollarının müzakirəsi bizə növbəti ildə yeni hədəflərə çatmağımıza töhfə verəcəkdir”.

 


Daha sonra tibbi xidmətlər sahəsində həyata keçirilən işlər, çatışmazlıqlar və qarşıdakı illərdə nəzərdə tutulmuş tədbirlər barədə TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov məlumat verib:

 


“Ötən 11 ay ərzində TƏBİB-in tabeliyində olan tibb müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması, fəaliyyətinin təkmilləşdirilməsində, tibbi xidmətlərin inkişafı  istiqamətlərdə ardıcıl işlər görülüb. İlkin səhiyyə xidmətinin təşkili istiqamətində yeni tibb məntəqələri istifadəyə verilib. Xidmətin restrukturizasiyası ilə bağlı zəruri tədbirlər görülüb. Tibb müəssisələrində yeni xidmət növləri yaradılıb, yeni şöbələr fəaliyyətə başlayıb. Mərkəzdən periferiyaya doğru xidmətin keyfiyyətinin və əlçatanlılığının təmin edilməsi prinsipi ilə regionların çoxprofilli xəstəxanalarında ixtisaslı xidmət sahələri təkmilləşdirilib. Lakin ilkin səhiyyə, həm ikincili, həm də üçüncülü xidmət mərhələlərində tibb müəssisələrində istər tibbi və qeyri-tibbi personalın fəaliyyətində, istərsə də digər sahələrdə fəaliyyəti daha da təkmilləşdirməyə ehtiyac var ki, 2024-cü ildə bu istiqamətdə daha sistemli çalışacağıq”.

Aynur Babayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər