00:00:00
Yazar
Admin User
17.07.2023 16:46 686 2 dəq oxuma
Sosial

2024-cü il dünyanın ən isti ili olacaq - PROQNOZ

2024-cü il dünyanın ən isti ili olacaq - PROQNOZ

2023-cü ilin iyunu ən isti iyun ayı kimi tarixə düşüb. Bu ayda bir çox ölkələrdə rekord temperatur qeydə alınıb.

 

İnformator.az xəbər verir ki, ABŞ-nin Texas ştatında havanın temperaturu 48, Çinin şimalında 44,7, Yaponiya və Vyetnamda isə 44 dərəcə olub. Yüksək temperatur dəniz canlılarının kütləvi məhvinə səbəb olub. Həmçinin maksimal temperatur Özbəkistanda 43, Türkmənistanda 42 dərəcə təşkil edib. Meteoroloqların tez-tez "səssiz qatil" kimi təsvir etdikləri istilik dalğaları hələ də dünyanın bir çox yerində ən ölümcül fəlakət hesab olunur. Meksikada istilər səbəbindən həyatını itirənlərin sayı 112-yə yüksəlib. İnsanların ən sıx məskunlaşdığı ölkə olan Hindistanda milyonlarla insanın risk altında olduğu bildirilir. Belə ki, artıq 150-dən çox insan istilərə görə həyatını itirib. Mütəxəssislər ötən əsrdə ölkə üzrə təxminən 11 000 insanın istilər səbəbindən öldüyünü bildirsə də, bu rəqəmin daha çox ola biləcəyi ilə bağlı narahatlıqlar var.

 

İqlim alimləri illərdir xəbərdarlıq edirlər ki, qlobal istiləşmə ekstremal hava hadisələrinin tezliyini və şiddətini artıracaq.

 

Ekoloq Rövşən Abbasovun sözlərinə görə, iyun ayı həm Azərbaycanda, həm də şimal yarımkürəsində ən isti aydır və bunu çoxillik statistik məlumatlar da təsdiq edir. Bundan əlavə son illər temperaturun kəskin artmasının əsas səbəbi həm də 1760-cı ildən bu günə qədər davam edən sənaye inqilabıdır. Bunun nəticəsində yer kürəsinin temperaturu orta hesabla 1.5 - 2 dərəcə artıb. Və bu artım nəticəsində müxtəlif istilik dağlaları müşahidə olunur.

 

Yüksək temperatura dözümsüzlük insanların birbaşa ölümünə səbəb olur, həmçinin gündəlik həyatı və işi xeyli çətinləşdirir. Eyni zamanda meşə yanğınları riskini artırır. Bəzi elm adamları isti havaların təsirlərinin daha da artacağını və xüsusən 2024-cü ilin dünyanın ən isti ili seçiləcəyini proqnozlaşdırır.


Aysel

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər