2024-cü ildə məktəbəqədər təhsil müəssiələrinin sertifikatlaşdırılması gözlənilir
Xəbər verdiyimiz kimi Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesi davam edir. Bir çox insanlar bu suala cavab axtarır. Bəs bağça müəllimləri də sertifikasiya imtahanlarına cəlb olunmalıdırmı? İnformator.az saytının bu mövzuda növbəti müsahibi təhsil eksperti Elşən Qafarovdur.
Ekspert qeyd edir ki, Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında qeyd olunub ki, ümumi təhsil müəssisələrində təhsilverənlərlə yanaşı, məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlər də sertfikasiya prosesinə cəlb olunacaqlar.
“Hazırda ümumi təhsil müəssisələrində çalışanların sertifikatlaşdırılma prosesi gedir. İbtidai sinif, Azərbaycan dili, ədəbiyyat müəllimləri sertifikasiyadan keçib. Növbəti ildə tarix, riyaziyyat, xarici dil müəllimlərinin sertifikasiyadan keçmələri gözlənilir”.
Elşən Qafarov qeyd edir ki, növbəti ildə məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin də sertfikatlaşdırılma prosesinin başlanacağını gözləyirik.
“Hazırda Ümumi Təhsil və Məktəbəqədər Təhsil Agentliyi yaranır, strukturun formalaşması prosesi gedir. Bu proses oktyabr və noyabr aylarını əhatə edəcək. 2024-cü ildə məktəbəqədər təhsil müəssiələrinin sertifikatlaşdırılması gözlənilir”.
Ekspertin fikrincə, təhsilverənlərin peşə qərarlığı, peşəkarlığını yoxlayan bir prosesdir.
“Məktəbəqədər müəssisələrində buna böyük ehtiyac var. Məktəbəqədər təhsil müəssisələrində təhsil verənlərin təxminən 3-də 1-in, ümumiyyətlə, təhsili yoxdur. Əksəriyyətinin də məktəbəqədər təhsili yoxdur. Sertifikatlaşdırılmanın keçirilməsi, uyğun olmayan şəxslərin uzaqlaşdırılması düzgündür. Təqribən 20 minə yaxın məktəbədər təhsili bitirən şəxslər ixtisas üzrə işləmirlər. İxtisas üzrə onların müvafiq sahələrdə işlədilməsinə başlamaq lazımdır”.
Sayad Qoşnalıyeva
