00:00:00
Yazar
Admin User
22.11.2023 16:51 329 2 dəq oxuma
Sosial

2024-cü ildə qiymətlər artacaq, yoxsa?

2024-cü ildə qiymətlər artacaq, yoxsa?

Cari ilin sentyabrında ölkəmizdə illik inflyasiya 5.1% təşkil edib. Bu göstərici ötən ilin sentyabrında qeydə alınmış pik səviyyə ilə müqayisədə 10.5 faiz bəndi aşağıdır.

 

İnformator.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın 2023-cü ilin yanvar-sentyabr ayları üzrə Pul Siyasəti icmalında bildirilir.

 

Növbəti ildən etibarən isə dövlətin təhsil, tibb, iqtisadiyyat və s. kimi sahələrdə yeni dəyişikliklər, hazırlıqlar edəcəyi gözlənilir.

 

Bəs, bu dəyişikliklər ərzaq, qeyri-ərzaq, o cümlədən dərmanların qiymətlərinə necə təsir edəcək?

 

Məsələ ilə bağlı iqtisadçı-ekspert İnformator.az-a danışıb. Ekspertin sözlərinə görə, Mərkəzi Bankın və Maaliyyə Nazirliyinin gələn il üçün orta inflyasiya proqnozu 5,3%-dir.

 

"Mərkəzi Bank və İqtisadiyat Nazirliyinin növbəti il üçün nəzərdə tutulan proqnozuna əsasən, 2024-cü ildə də inflyasiya davam edəcək. Bu ilki inflyasiya isə hazırda 10,2%-dir”.

 

Xalid Kərimli düşünür ki, növbəti ildə inflyasiya proqnozu hazırki rəqəmdən 2 dəfə az olacaq.

 

“Ancaq yenə də inflyasiya olacaq, qiymətlər artacaq. Beynəlxalq təşkilatlar belə müəyyən məsələ ilə bağlı razılaşıblar”.

 

Ekspert deyir ki, apteklərdə qiymətləri Tarif Şurası tənzimləyir, 15 minə qədər dərmana özü nəzarət edir və təsdiqləyir.

 

"Ancaq görünən odur ki, 2023-cü ildə dərman qiymətlərində artım olmadı, hətta 2022-ci ildə isə bu sahədə ucuzlaşma qeydə alındı".

 

Xalid Kərimli gələn il üçün apteklərdə ciddi qiymət artımı olacağını düşünmür.

 

"Lakin ərzaq və qeyri-ərzaq qiymətləri müəyyən qədər artacaq".

 

Nəzrin Mirzəyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər