00:00:00
Yazar
Admin User
03.11.2023 14:04 975 2 dəq oxuma
Sosial

2024-cü ildən metrolarda gediş haqqı artırılacaqmı?

2024-cü ildən metrolarda gediş haqqı artırılacaqmı?

“Bakı metropolitenində daim qurumun maliyyə əsaslandırmalarına görə, adambaşına daşınma xərci, adambaşına tətbiq edilən tariflərdən yuxarı olub. Təbii ki, hökumətin bu istiqamətdə qərarlarını əvvəlcədən proqnazlaşdırmaq çox çətindir”.

 

Bu sözləri İnformator.az-a açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov söyləyib. Ekspertin sözlərinə görə, metro Bakı şəhərində əhalinin kütləvi sərnişindaşımasında ən böyük payı olan seqmentlərdən biridir.

 

“Bu əhalinin nəqliyyat xərclərinə ciddi təsir göstərə biləcək istiqamətlərdən olduğu üçün hər zaman müəyyən sosial elementlər nəzərə alınmaqla, tarifin müəyyənləşdirdiyi istiqamətdir. Düşünürəm ki, hökumət hətta, Tarif Şurası belə bu məsələ yenidən gündəmə gəlsə, buna daha rasional istiqamətdən yanaşacaq”.

 

Ekspert deyir ki, 2024-cü ilin təklif olunan büdcə layihəsində də metropoliten üçün nəzərdə tutulan məbləğ 30% artırılaraq 50 milyona çatıb.

 

“Hansı ki, bu məbləğ hazırda 38 milyondur. Bu hal onu deməyə əsas yaradır ki, 2024-cü ildə metro xərcləri kompensasiya oluna bilər. Amma, biz inkişaf planından dəqiq məlumatlı olmadığımız üçün, eyni zamanda metropoliten hesablarının zəif göstəricilərini də nəzərə alsaq, bu istiqamətdə hansı formada qərarların qəbul ediləcəyini proqnozlaşdırmaq çox çətindir”.

 

Rəşad Həsənov düşünür ki, qiymətlərin kəskin artırılması istiqamətində qərar olmayacaq.

 

“Bu qərar qəbul edilsə belə, bu o demək deyil ki, qiymətlər adambaşına daşıma xərclərinə uyğunlaşacaq. Çünki bu özü də nisbi bir göstəricidir. Daşınan sərnişinlərin sayından asılı olaraq, sabit xərclərin olduğunu da nəzərə alsaq, bu hal zaman-zaman dəyişə biləndir. Bu o deməkdir ki, əgər metro ilə sərnişindaşıma qiymətləri bir nəfərə görə çəkilən xərclərə uyğunlaşacaqsa, bu zaman dinamik qiymətlər tətbiq edilməli və qiymətlər bazar şəraitindən asılı olaraq dəyişilməlidir. Bu hal isə hazırda mümkün görünmür”.

 

İqtisadçı qeyd edir ki, qiymətlərin artırılması ilə qərar qəbul edilsə belə, bu 10 qəpik olmaqla yəni, qiymətlərin 25% artırılması ilə 50 qəpik istiqamətində ola bilər.

 

“Daha yaxşı olar ki, metropolitenin şəraitinin şəffaflaşdırılması, səmərəliyinin təmin edilməsi yolu ilə xərclərin optimallaşdırılması barədə ciddi mövqe ortaya qoymaqla, müvafiq fərqin aradan qaldırılması istiqamətində meyllərə cəhd göstərilsin”.

 

Həcər Əmiraslanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər