2025-ci ilin Qızıl Top namizədləri kimlərdir?
Bu barədə Michael Emons, BBC Sport jurnalisti və Adam Millington, BBC Sport jurnalisti qeyd edib:
“Dünyanın ən yaxşı kişi və qadın futbolçuları bazar ertəsi taclandırılacaq. Keçən mövsümdəki çıxışlarına görə təqdim olunan iki “Qızıl top” mükafatının qalibləri Parisdə, Théâtre du Châtelet-də keçiriləcək mərasimdə elan olunacaq.
Amma ötən ay açıqlanan 30 namizəddən hansının qalib olmaq ehtimalı daha yüksəkdir?
Biz hər iki mükafat üçün əsas altı iddiaçının ötən mövsümdəki çıxışlarını təhlil etmişik — kişilər üçün bütün klub turnirlərində, qadınlar üçün isə bütün liqa oyunlarında əldə olunan statistikalar əsasında".
BBC sport
Ayşə Natiq qızı
