2026-cı il öz qazımızın əhəmiyyətli dərəcədə artacağı il olacaq
Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar bildirib ki, “2026-cı il öz qazımızın həcminin əhəmiyyətli dərəcədə artacağı bir il olacaq. Bununla yanaşı, xaricdən idxal etdiyimiz qazı da ən uyğun mənbələrdən, ən ucuz şəkildə və tədarük təhlükəsizliyini ən yaxşı formada təmin etməyə çalışırıq”.
Nazir Bayraktar xüsusi müsahibədə enerji gündəmində olan məsələləri dəyərləndirərək qeyd edib ki, bərpa olunan enerjidən neft və təbii qaz axtarışlarına, beynəlxalq əməkdaşlıqlardan mədənçilik sahəsinə qədər geniş bir istiqamətdə yeni addımlar atılacaq.
TRT Haber
Səadət Əlizadə
