00:00:00
Yazar
Admin User
13.01.2026 16:03 61 1 dəq oxuma
Dünya

2026-cı il üçün dünyanın ən güclü pasportları

2026-cı il üçün dünyanın ən güclü pasportları

Sərhədlərdən məhdudiyyətsiz keçmək və pasport nəzarətində daha qısa növbələrdən yararlanmaq baxımından bəzi ölkələrin pasportları digərlərindən daha üstün mövqedədir.

 

Henley Passport Indexin son hesabatına görə ən güclü üç pasport Asiya ölkələrinə məxsusdur: 1-ci yerdə Sinqapur, 2-ci yeri isə Yaponiya və Cənubi Koreya bölüşür. Sinqapur vətəndaşları 227 ölkə və ərazidən 192-nə vizasız səyahət edə bilirlər, Yaponiya və Cənubi Koreya isə 188 istiqamətə vizasız giriş imkanı ilə onları izləyir.

 

Reytinqdə Avropa ölkələri də geniş şəkildə təmsil olunur. 3-cü yeri Danimarka, Lüksemburq, İspaniya, İsveç və İsveçrə (186 ölkə) paylaşır. 4-cü sırada Avstriya, Belçika, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, İrlandiya, İtaliya, Niderland və Norveç (185 ölkə) yer alır. 5-ci yer isə Macarıstan, Portuqaliya, Slovakiya, Sloveniya və BƏƏ-yə məxsusdur (184 ölkə).

 

Cnn News

Ədilə Hüseynzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər