Prezident Ərdoğan: Hər siyasi partiyanın prioriteti Türkiyə olmalıdır
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TBMM-nin yeni qanunvericilik ilinin açılışında çıxış edib. O bildirib ki, siyasi partiyalar arasında rəqabət olsa da, bu, qütbləşməyə çevrilməməlidir. Ərdoğan hər siyasi partiyanın prioritetinin Türkiyə olması və ölkə mərkəzli siyasət yürütməsi gərəkdiyini vurğulayıb.
Ərdoğan həmçinin Türkiyədə yeni və mülki Konstitusiyanın hazırlanmasının vacibliyini qeyd edib. O, siyasi partiyaları bu istiqamətdə fəaliyyət göstərməyə çağırıb.
TRT Haber
Fatimə Hüseynova