00:00:00
Yazar
Admin User
11.09.2025 16:46 112 1 dəq oxuma
İdman

2027-ci ildə Çempionlar Liqasının finalı Madriddə oynanılacaq

2027-ci ildə Çempionlar Liqasının finalı Madriddə oynanılacaq

UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün final oyunu İspaniyanın "Atletiko" klubunun stadionu "Metropolitano"da keçiriləcək.

 

"İnformator" xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

 

Qərar UEFA İcraiyyə Komitəsinin Tiranada keçirilən iclasında qəbul edilib. İclasda həmçinin 2026-cı ildə UEFA Superkubokunun Zalsburqda keçirilməsinə qərar verilib.

 

Qadınlar arasında Çempionlar Liqasının 2027-ci il finalı Varşavadakı Milli Stadionunda keçiriləcək.

 

2027-ci ildə 19 yaşadək futbolçular arasında futzal üzrə Avropa çempionatı Astanada baş tutacaq.

 

Qeyd edək ki, "Metropolitano" stadionu ikinci dəfə Çempionlar Liqasının finalına ev sahibliyi edəcək. 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər