28 yaşlı oğlan çiyələk sahəsində qəfil ölüb
Cəlilabadda çiyələk sahəsində huşunu itirən şəxs ölüb.
"İnformator.az" "Axar.az" a istinadən xəbər verir ki, 1997-ci il təvəllüdlü Şükür Abışov Cəlilabad-Masallı yolunda yerləşən çiyələk sahəsindən meyvə alıb avtomobilə gedən zaman qəfildən yıxılaraq huşunu itirib.
Gənc xəstəxanaya yerləşdirilsə də orada ölüb. Faktla bağlı araşdırma aparılır.
