00:00:00
Yazar
Admin User
08.09.2025 17:37 122 1 dəq oxuma
İdman

3x3 qadın millimiz tariximizdə ilk dəfə Avropa Kubokunun finalında!

3x3 qadın millimiz tariximizdə ilk dəfə Avropa Kubokunun finalında!

"Bu uğur, Avropa Kubokunda finala çıxmağımız bizim üçün tarixdə bir ilk idi. Hazırda qitənin ən güclü 2 komandasından biriyik. Bu ölkə üçün, Azərbaycanda Qadın Basketbolunun irəliləməsi üçün atılmış böyük addım və uğurdur".

 

Bu sözləri Azərbaycan Basketbol Federasiyasından mətbuat xidmətinin rəhbəri Sənan Əliyev "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, final yolu heç də asan olmayıb:


"Finalda isə komandamız Niderlandla üz-üzə gələcək, güclü kollektivdir. Ölkə basketbolun inkişaf etdiyi ölkələrdən sayılır. Fiziki cəhətdən atletik bir komandadır. Avropa Kubokunun oyununu müsbət qiymətləndirirəm. Basketbolun inkişafına bu uğur təbii ki, də təsir göstərəcək. Günü-gündən Azərbaycan basketbolu göz önündə olacaq. 3×3 basketbol məhz bu inkişafa işıq tutur".

 

Zəhra Möhübbətova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər