4 cəbhədə eyni vaxtda müharibə aparırıq
İran dörd cəbhədə eyni vaxtda düşmənlərə qarşı müharibə aparır.
"İnformator.az"xəbər verir ki, bunu İran parlamentinin spikeri Məhəmməd Bagir Qalibaf deyib.
Qalibaf bildirib ki, İran hazırda ABŞ və İsrail kimi düşmənlərlə iqtisadi, təhsil, hərbi və antiterror sahələrində eyni vaxtda müharibə aparır.
Onun sözlərinə görə, İrana qarşı iqtisadi, koqnitiv və psixoloji müharibə illərdir davam etsə də və zamanla bu müharibə daha da təkmilləşsə də, hərbi müharibə Amerika və İsrailin təcavüz aktlarından sonra 2025-ci ilin iyununda başlayıb:
"İrana qarşı müharibədə düşmənin məğlubiyyəti ABŞ-ni ölkədə iğtişaşlar törətməyə və terror müharibəsinə başlamağa vadar edib".
Spiker xəbərdarlıq edib ki, İrana qarşı İŞİD üslubunda belə bir müharibənin kod adı qurbanlar yaratmağa yönəlmiş terror müharibəsidir.
ABŞ Prezidenti Donald Trampı İrana qarşı açıq hədələrinə görə tənqid atəşinə tutan Qalibaf vurğulayıb ki, İran xalqı silahlı terrorçularla qarşılaşmağa və onları məhv etməyə qərar verib.
