40-dan çox təyyarəsini itirən Putindən cavab zərbəsi
İstanbulda Ukrayna ilə sülh masasına oturan Rusiya, ötən gün baş vermiş və 40-dan çox təyyarənin məhv edildiyi hücuma cavab olaraq zərbə endirib. Sumi şəhərinə təşkil olunan hücumda ölən və yaralananların olduğu bildirilir. Bölgədən yayılan görüntülərdə bir çox nəqliyyat vasitəsinin ağır zərər gördüyü əks olunub.
Rus ordusu Prezident Putinin göstərişi ilə Ukraynanın Sumi şəhərinə hücum edib. Bombalı hücum nəticəsində çox sayda insan həlak olub, yaralılar üçün əraziyə çoxlu sayda təcili yardım maşını göndərilib.
Bölgədən yayımlanan görüntülərdə küçədəki avtomobillərin böyük ziyan gördüyü və insanların təşviş içində sağa-sola qaçdıqları müşahidə olunub.
Haberler.com
Aygün Babayeva