00:00:00
Yazar
Admin User
15.03.2025 09:59 314 1 dəq oxuma
Maraqlı

40 yaşdan yuxarı hər kəsin göz təzyiqi yoxlanılmalıdır

40 yaşdan yuxarı hər kəsin göz təzyiqi yoxlanılmalıdır

Görmə itkisinin ən əhəmiyyətli səbəblərindən birinin qlaukoma olduğunu izah edən Prof. Dr. Mehmet Selim Kocabora: “Xalq arasında göz təzyiqi kimi tanınan qlaukoma adətən məkrli şəkildə irəliləyir. Göz təzyiqinin yüksək olması səbəbindən inkişaf edən xəstəlik, gənclərdə və hətta yeni doğulan körpələrdə də müşahidə edilə bilər. Qlaukoma xəstəliyinin erkən diaqnozu müalicənin müvəffəqiyyət nisbətini artırır və görmə itkisinin qarşısını ala bilər",-dedi.

 

Dr. Kocabora, “Xəstəlik ən böyük təhlükəsini fərq edilmədikdə göstərir. Müalicə edilməsə, görmə itkisi qaçılmazdır. Ona görə də 40 yaşdan yuxarı hər kəs mütəmadi olaraq göz müayinəsindən keçməlidir”,-dedi.

 

Mənbə: CNN Türk
Nərmin Həşimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər