00:00:00
Yazar
Admin User
17.01.2026 09:00 70 1 dəq oxuma
İdman

41 yaşlı futbolçu “Portu”nun tarixinə düşüb

41 yaşlı futbolçu “Portu”nun tarixinə düşüb

Tyaqo Silva “Portu”nun (Portuqaliya) tarixinə klubun heyətində meydana çıxan ən yaşlı futbolçu kimi düşüb.

 

“İnformator.az” xəbər verir ki, bu, Portuqaliya Kubokunun 1/4 final mərhələsində "Portu"nun doğma meydanda “Benfika”nı qəbul etdiyi oyunda baş verib.

 

Qarşılaşma “əjdahalar”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb və nəticədə “Benfika” turnirdən kənarlaşdırılıb.

 

Sözügedən matç braziliyalı müdafiəçi üçün “Portu” forması ilə debüt oyunu olub. 41 yaş 3 aylığında meydana çıxan Silva ilk görüşündə etibarlı çıxışı ilə yadda qalıb və komandasının qapısını toxunulmaz saxlamaqda mühüm rol oynayıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər