00:00:00
Yazar
Admin User
08.11.2023 10:53 3197 2 dəq oxuma
Sosial

450 manat maaşla psixoloqlar 2400 manatlıq təlimləri necə ala bilər ki?

450 manat maaşla psixoloqlar 2400 manatlıq təlimləri necə ala bilər ki?

“Ümumiyyətlə, psixologiya bir neçə kateroqiyaya bölünür. Belə ki, təhsildə sosial-psixoloji xidmət fakültəsini bitirənlər həm məktəblərdə, həm də müəyyən mərkəzlərdə çalışa bilirlər. Əslində, bu insanların səhiyyədə çalışması doğru deyil. Amma hazırda səhiyyədə çalışanlar da qeydə alınır”.

 

Bu sözləri İnformator.az-a açıqlamasında tanınmış psixoloq Gülnar Orucova söyləyib. Psixoloqun sözlərinə görə, səhiyyə sektorunda, ancaq klinik-psixologiyanı bitirənlər çalışmalıdır.

 

“Məktəbdə psixoloqlar ona görə kömək edə bilmirlər ki, onların əlində hər hansı bir proqram yoxdur. Yəni, universiteti qurtarmaqla, diplom almaqla heç nə bitmir. Universitetlərdə də bir sıra fənlər keçirilir, amma onlarda həqiqi praktika yoxdur. Məsələn,davranış pozuntusu. Davranış pozuntusunu hansı terapiya ilə işləmək lazımdır? Yaxud, depressiya düşən bir uşaq (nəzərə alaq ki,depressiyanın yaşı çox gəncləşib) bunu hansı terapiya növü ilə işləmək lazımdır? Bunu universitetdə öyrətmirlər”.

 

Gülnar Orucova deyir ki, bunların hər biri xüsusi proqramlardır.

 

“Məsələn psixoterapiya, EMDR terapiyası, ABA terapiyası və s. ABA terapiyası, xüsusi qayğıya ehtiyacı olan uşaqlarla işlənilir. ABA proqramı məktəblərdə artıq inkluziv təhsili birləşdiriblər. Yəni, hər hansı bir autizmli uşaq varsa, o da digərləri ilə birgə sinifdə oturmalıdır. Amma müəllimlər və psixoloqlar bu uşağa köməklik göstərmədikdə, o uşaq fərqli davranışları ilə bütün dərs gedişatını pozur. Hansı ki, bu tip uşaqlarla psixoloq işləməlidir. ABA terapiyasını öyrənmək isə müəyyən xərclər tələb edir. Orta məktəbdə işləyəndə sən onu edə bilmirsən. Mən özüm də əvvəl orta məktəbdə işləmişəm. Cəmi 140 manat maaş alırdım. 140 manata hansı təlimi ala bilərdim ki mən?”

 

Gülnar Orucova açıqlamasında məktəb psixoloqlarını qınamadığını qeyd edib.

 

“Çünki mən də orta məktəbdən çıxıb, indi Azərbaycanın sayılıb-seçilən psixoloqlarından birinə çevrildim. İndi onlar 450 manat maaş alırlar. 450 manatla 2400 manatlıq təlimləri almaq imkansızdır”.

 

Psixoloq düşünür ki, dövlət onlara pulsuz təlimlər təşkil etməlidir.

 

“Böyük problemlərimizdən biri də odur ki, məktəblərdə problemi olan uşaqlar gizlədilir. Uşaq evdən qaçır, məktəbdən yayınır, müəyyən problemləri var, amma müəllimlər onu psixoloqa yönəltmək yerinə, bunu gizlədirlər. Lap psixoloq təlim ala bilmir, yenə də onunla dost olaraq münasibət qura bilər”.

 

G.Orucova sonda əlavə edir ki, psixoloq böyüklə böyük, kiçiklə kiçik olmalıdır.

 

“Ona dost olaraq belə olsa, dəstək olmalıdır. Onlar psixoloji problemləri olan uşaqları gizlədərək, Azərbaycan övladlarının həyatını məhv edə bilərlər”.

 

Gülay Qəribova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər