00:00:00
Yazar
Admin User
15.09.2023 13:45 550 1 dəq oxuma
Sosial

52 yaşlı tələbə hansı fakültəni seçdi?

52 yaşlı tələbə hansı fakültəni seçdi?

    Uşaqlıqdan xəyalı Bakı Dövlət Universitetində oxumaq, televiziyada çalışmaq olan Sevda Hüseynzadə Azər qızı bu arzusuna 52 yaşında çatıb. O, məqsədinə çatmaq üçün çox səbr edib, çox əziyyət çəkib. Onun söhbətindən aydın olur ki, çalışmaq, iradə, inam hər şeyə qadirdir.


   Sevda Hüseynzadə deyir ki, 2 il universitetə qəbul ola bilmədiyinə görə ailəsi onu evləndirmək istəyib və təhsilə icazə verməyib. Ailəsindən basqı görən Sevda xanım məcburən nişanlanıb: "25 yaşımda ailə həyatı qurdum, yoldaşımdan rica etdim ki, yenidən universitetə daxil olum, amma övladlarımıza görə icazə vermədi. Çox problemlərlə qarşılaşdım. Pandemiya ərəfəsində imtahan verdim, imtahanı keçdim. Təəssüflər olsun ki, qabiliyyət imtahanın olduğunu unutdum, qabiliyyət imtahanı vermədim. Sonuncu dəfə özümü sınadım, qəbul oldum, artıq Bakı Dövlət Universitetindəyəm. Hazırda qiyabi təhsil alıram".

    Müsahibimiz universiteti gördükdən sonra anlayıb ki, bütün əziyyətlərinə dəyər.  "Çox həyəcanlı gəlmişəm, bəlkə də mənim kimi həyəcanlı heç kim gəlməyib".

    Həmsöhbətimiz magistiratura təhsili alacağını da diqqətimizə çatdırdı.

 

Çinarə Muradova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər