7 yaşlı KungFu döyüşçüsü parlaq qələbə qazandı
28-29 may tarixlərində Bakı şəhərindəki “Sərhədçi” idman-olimpiya kompleksində KungFu üzrə Azərbaycan çempionatı və birinciliyinin ilk günü başa çatıb. Bu gün 24 kq çəki dərəcəsində 7 yaşlı Merac Taleh oğlu Axundzadə bütün rəqiblərini məğlub edərək birinci pilləyə yüksəlib. Final döyüşün nəticəsi olaraq bütün hakimlər qələbəni balaca Meraca veriblər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə idmanın inkişafı və ölkə gəncliyinin sağlamlığının qorunması sahəsində gördüyü tədbirlər, həmçinin milli KungFu Federasiyasının rəhbəri Nurlan Aslanovun başçılığı ilə bu idman növünün geniş kütlələr arasında populyarlıq qazanması bu cür nailiyyətləri n əldə olunmasını mümkün edib. Dövlətimizin idmana olan münasibətini göstərən bir şüar da izləyicilərin diqqətini cəlb etdi: “Kim ki , idmana idmançıya dəstək olur , o sanki mənə dəstək olur. Kim ki , idmana idmançıya mane olur , o sanki mənə mane olur . Heydər Əliyev”.
Bir daha 7 yaşlı KungFu döyüşçüsü Merac Axundzadəni qələbə münasibətilə təbrik edir və ona bundan da uca zirvələri fəth etməyi arzu edirik.
