8 Noyabr – Milli qürurumuzun təntənəsi
8 Noyabr Zəfər Günü xalqımızın tarixinə qızıl hərflərlə yazılmış şərəfli və unudulmaz bir gündür. Bu gün təkcə hərbi qələbəmizin deyil, həm də xalqımızın milli birliyinin, iradəsinin, əzminin və ədalətin təntənəsidir.
Bu böyük Zəfər Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi, uzaqgörən siyasəti, Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı və xalqımızın bir yumruq kimi birləşməsi sayəsində qazanılıb. Bu qələbə şəhidlərimizin canı və qanı, qazilərimizin fədakarlığı ilə tarixə yazılmış qəhrəmanlıq salnaməsidir.
Bu şanlı Zəfəri bizə yaşadan Müzəffər Ali Baş Komandanımıza, qəhrəman əsgər və zabitlərimizə dərin minnətdarlığımızı bildiririk. Vətən uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət diləyir, əziz xatirələrini daim ehtiramla yad edirik. Qazilərimizə möhkəm cansağlığı, şəfa və uzun ömür arzulayırıq.
Bu gün hər bir azərbaycanlı üçün qürur və fəxr günüdür. Bizə bu qüruru yaşadan qəhrəmanlarımızın fədakarlığını heç vaxt unutmamalı, şəhidlərimizin bizə əmanət qoyduğu Vətənə sahib çıxmalı, ölkəmizin inkişafı və daha da güclənməsi naminə çalışmalıyıq.
Zəfərimiz əbədi, birliyimiz daim olsun! Qarabağ Azərbaycandır!
Ruhiyyə Məmmədova
“Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri