82 il sonra Leninqrada aviabomba atılıb
Ukrayna ordusu Leninqrad vilayətinə zərbələrdə yüngül motorlu A-22 təyyarəsindən istifadə edib.
"İnformator.az" xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, Ukrayna ordusu Ust-Luqa limanına bu təyyarə vasitəsilə FAB bombaları atıb.
Bildirilib ki, bu İkinci Dünya müharibəsindən bəri Leninqrada atılan ilk aviabombadır.
Qeyd edək ki, Ukrayna ordusu Ust-Luqa limanındakı nəhəng neft terminalını vurub.