00:00:00
Yazar
Elmira Ağayeva
27.05.2026 21:06 29 2 dəq oxuma
Sosial

9 illik buraxılış imtahanlarının nəticələri açıqlanıb

9 illik buraxılış imtahanlarının nəticələri açıqlanıb

 

Mayın 17-də keçirilən 9 illik orta təhsil səviyyəsi üzrə imtahanların nəticələri elan olunub. DİM-in məlumatına görə, imtahanda 5 724 nəfər iştirak edib, qayda pozuntusuna görə 2 nəfər xaric edilib. Ən yüksək nəticəni 290,1 bal toplayaraq Bakı şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Gülay Əlizadə göstərib. Apellyasiya müraciətləri 1-3 iyun tarixlərində elektron qaydada qəbul olunacaq.

 

Mövzu ilə bağlı təhsil məsələləri üzrə mütəxəssis Aidə Əliyeva“İnformator.az”a açıqlamasında bildirib ki, 2026-cı ildə DİM-in təşkil etdiyi 9 illik buraxılış imtahanlarının nəticələri bir neçə mühüm tendensiyanı göstərir:

 

“Əvvəlki illərlə müqayisədə əsas fərqlərdən biri yüksək nəticə göstərən şagirdlərin sayındakı dəyişiklikdir.  Digər mühüm fərq isə son illərdə açıq tipli tapşırıqların çəkisi və analitik düşüncə tələbi artıb. Şagirdlərin yalnız əzbər biliyi deyil, mətn anlama, məntiq və yazılı ifadə bacarıqları daha ciddi qiymətləndirilir.  9 illik buraxılış imtahanı nəticələri istedadlı şagirdlər sayının çox olduğunu göstərir və yüksək nəticə əldə edənlərin səviyyəsi yüksəlir. Xüsusilə, lisey və təmayüllü məktəblərin şagirdləri yenə ön sıradadır. Təbii ki,regionlar və məktəblər arasında fərq qalır. Ən yüksək nəticələrin əsasən xüsusi hazırlıq imkanları olan məktəblərdən gəlməsi ümumi təhsil sistemində bərabər imkan problemini göstərir.Test yönümlü hazırlıq hələ də dominantdır. Şagirdlərin çoxu imtahan texnikasına fokuslanır; forumlarda “vaxt bölgüsü”, “kodlaşdırma”, “sınaq nəticələri” kimi mövzuların üstünlük təşkil etməsi bunu göstərir. Eyni zamanda intizam və nəzarət sistemi sərtləşib. Qayda pozuntularına görə xaric edilmələr az olsa da, DİM-in nəzarət mexanizmlərinin daha ciddi işlədiyini göstərir.  Ümumilikdə nəticələr göstərir ki, yaxşı hazırlaşan şagirdlər yüksək nəticə əldə edir, amma sistem bütün məktəblərdə eyni keyfiyyəti təmin edə bilmir.
Gələcəkdə bu imtahanlarda bir neçə istiqamətdə yenilənmələr ola bilər.
Əzbərçilikdən daha çox bacarıq əsaslı qiymətləndirmə ön plana çəkilməlidir. Mətn analizi,problem həlli,tənqidi düşüncə,yazılı ünsiyyət bacarıqları daha geniş ölçülməlidir.
Psixoloji yük azaldılmalıdır, 9-cu sinifdə imtahan stresi artıq çox erkən başlayır. Şagirdlərdə “bal yarışından” çox, öyrənmə motivasiyası formalaşdırmaq lazımdır.
Ümumilikdə, hazırkı model müəyyən obyektivlik yaratsa da, gələcəkdə daha çox bacarıq, yaradıcılıq və praktik düşüncə yönümlü sistemə keçid ehtiyacı görünür”.

Mələk Hüseynova

#DİM #imtahan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər