9 illik kolleclərdə ixtisas seçimi
9 illik orta təhsil bazasında kolleclere ixtisas seçimi davam edir. Mütəxəsisslər prosesin imtahan vermək qədər əhəmiyyətli olduğunu bildirir. Çünki yalnış seçim sizi tələbə adını qazanmaqdan məhrum edə bilər.
Kolleclərə qəbul olmaq istəyən abituriyent ödənişli və ödənişsiz olmaqla 12 müxtəif ixtisas kodunu seçə bilər. İxtisasların ardıcılllığını imtahan verən şəxlərin özləri həyata keçirir. Amma bu zaman abituriyentlər topladığı bala uyğun ixtisas seçməlidir ki, tələbə adını qazana bilsin.
Müəllimə Babaşlı Sevda 7 abituriyenti qeydiyyatdan keçirdiyini bildirir: “Nəticələrin yaxşı olacağını gözləyirik. İxtisalar həddindən artıq çoxdur. Bakıda yaxşı ixtisaslar var. Bu da seçimin çoxluğu deməkdir”.
Vaideyn Əkbərova Gülcamal da övladını peşə məktəbinə kodlaşdırmağa gətirdiyini deyir: “Düzü, peşə ixtisaslarından xəbərimiz yox idi. Yönləndirdilər, gəldik, çox məmunuq. Kodlaşdırma edildi, artıq qalır cavabları gözləmək”.
Bu il qeydiyyatdan keçən və müsabiqə şərtini ödəyən 29 min 445 abituriyent ixtisas seçiminə buraxılıb. Ötən il bu rəqəm 30 min 354 olub. Amma təhsil ekspertləri bildirir ki, ixtisas seçimində iştirak edən şəxslərin sayı artacaq. Bunun səbəbi musabiqə şərtini ödəmiş, lakin hələ qeydiyyatdan keçməyən abutiriyentlərin olmasıdır.
Təhsil eksperti Cahid İmanov ilkin təhlillərin 30 min nəfərin ixtisas seçimi ərizəsi verdiyini göstərdiyini bildirib: “Ərizə verən abituriyentlərin 10 min nəfəri artıq seçimini edib. Yəni ixtisas seçimi ərizəsini təsdiqliyib. 20 min nəfər hələ ki elektron ərizəsini təsdiqləməyib. Bu da onu göstərir ki, artıq bu prosedə 7-8 min tələbə ixtisas seçimi ərizəsini təsdiqləməyəcək.Və bu da 9-cu sinif abituriyentləri üçün xoş xəbərdir. Çünki artıq onlar 20 min nəfər tələbə ilə yox, təxminən 13-14 min nəfər tələbə ilə rəqabət aparacaqlar.
Balı az olan abituriyentlerin bir digər seçimi isə peşə məktəbləridir. Təhsil mütəxəsisləri bəzi peşə məktəblərininin kollec səviyyəsində olduğunu deyirlər. Təhsil eksperti Elçin Murad qeyd edir ki, peşə məktəblərində təhsil sistemi iki şəkildədir: “Bunlardan biri texniki peşə, digəri isə yüksək təhsilli peşədir. Texniki peşələrdə 6 aydan 1-2 il müddətinə qədər oxuyub peşə təhsilli yiyələnmək olur. Yəni bunu universitet yolu ilə davam etdirmək olmur. Amma yüksək təhsilli peşədə hər hansı ixtisası bitirən abituriyent gələcəkdə yolunu universitetdə dədavam etdirə biləcək.
Qeyd edək ki, ötən il kolleclərə qəbul olmaq istəyən tələbələr üçün 10 min 127 ayrılmışdırsa, bu il yerlərin sayı artırılaraq 10 min 752-ə çatdırılıb. Bununla yanaşı, qabiliyyət tələb edən ixtisaslar üzrə isə 1 551 plan yeri ayrılıb.
