00:00:00
Yazar
Səadət Əlizadə
13.05.2026 19:48 19 1 dəq oxuma
Media

AAYDA: Bakının İzmir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

AAYDA: Bakının İzmir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bu gün saat 23:00-dan, 15 may saat 24:00-dək Bakının İzmir küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

 

"İnformator.az" bu barədə Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

 

Məlumata görə, məhdudiyyətin tətbiqi Yasamal rayonu, İzmir küçəsində (Abbasqulu ağa Bakıxanov küçəsindən Tbilisi prospektinə qədər olan hissədə) aparılacaq təmir işləri ilə əlaqədardır.

 

AAYDA sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və əvvəlcədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini xahiş edir.

#xəbər #aayda: #məhdudlaşdırılacaq #bakının #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər