00:00:00
Yazar
Admin User
08.01.2026 13:04 74 2 dəq oxuma
Dünya

AB Trampın Qrenlandiya ilə bağlı “ilhaq” açıqlamasına sərt reaksiya verib

AB Trampın Qrenlandiya ilə bağlı “ilhaq” açıqlamasına sərt reaksiya verib

Avropa Birliyi ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı ilhaq etmək niyyətinə qarşı çıxıb. Avropa Şurasının Prezidenti Antonio Kosta bildirib ki, AB beynəlxalq hüququn pozulmasını qəbul etmir və Qrenlandiya ilə bağlı qərarlar yalnız Danimarka və Qrenlandiyanın iştirakı ilə verilə bilər.

 

Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ-nin Qrenlandiyanı işğal etmək siyasəti əlbəttə ki, ciddi çaxnaşma yarada bilər:

 

“Çünki nəzərə almaq lazımdır ki, Qrenlandiya Danimarkaya məxsusdur. Hansı ki, beynəlxalq ictimaiyyət də Qrenlandiyanı Danimarkanın tərkib hissəsi kimi tanıyır. Danimarka Avropa İttifaqının ən fəal üzvlərindən biridir, eyni zamanda ABŞ ilə birlikdə NATO-nun üzvüdür. NATO-nun çox ciddi, aparıcı üzvlərindən biridir. Danimarka rəhbərliyindən olan şəxslər də NATO-ya rəhbərlik edib. Yəni uzun müddət NATO-nun baş katibi danimarkalı Anders Fogh Rasmussen olub və faktiki olaraq Danimarka NATO-nun əsas aparıcı ölkələrindən sayılır. Belə olan halda, ABŞ-nin Qrenlandiyanı işğal etmək siyasəti -yəni öz müttəfiqinə qarşı atacağı bu addım- ilk növbədə Avropa İttifaqını tam şəkildə ABŞ-yə qarşı qoya bilər. Bu, təkcə Danimarkaya qarşı yox, digər ölkələrin də narazılığına səbəb olacaq. İkinci vacib məsələ NATO-nun parçalanmasıdır. Yəni Danimarka belə bir hadisə baş verərsə, NATO-dan çıxacaq və bu da digər ölkələrə nümunə olacaq. Hüquqi baxımdan NATO ölkələri toplanaraq ABŞ-nin öz müttəfiqinə qarşı işğal siyasəti yürütməkdə ittiham edərək NATO-dan çıxara da bilərlər. Bu isə çox ciddi gərginliyə səbəb olar və beynəlxalq ictimaiyyətin diqqətini ABŞ-nin üzərinə yönəldər.   Bu məsələ sıradan bir məsələ deyil. Məsələn, gedib Venesuelada Nikolas Maduronu həbs etmək məsələsi ilə eyni deyil. Orada gördük ki, Maduro öz ölkəsində artıq legitimliyini itirib və iqtidar komandası da ondan açıq şəkildə imtina edib. Amma Qrenlandiya məsələsi fərqlidir. Ən vacib məsələ budur ki, Qrenlandiya ümumiyyətlə ABŞ-yə birləşmək istəmir. Orada verilən açıqlamalar göstərir ki, onlar ya müstəqillik istəyirlər, ya da Danimarkanın tərkibində qalmaq niyyətindədirlər. ABŞ-nin tərkibinə qatılmaq isə onların marağında deyil. Qrenlandiyanın ABŞ-yə maraqlı gəlməsinin səbəbi odur ki, orada çox zəngin təbii ehtiyatlar var. Sadəcə olaraq, bu ehtiyatları istismar etmək üçün ABŞ texnologiyaya və imkanlara sahibdir və onlara sahib olmaq istəyir. ABŞ da məhz bu səbəbdən Qrenlandiyanı əldə etmək istəyir”.

 

Mələk Hüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər