00:00:00
Yazar
Səadət Əlizadə
27.03.2026 20:04 13 1 dəq oxuma
Dünya

Abdülhamid Han Qara dənizdə ilin ilk kəşf qazmasına başlayıb

Abdülhamid Han Qara dənizdə ilin ilk kəşf qazmasına başlayıb

Türkiyənin enerji donanmasına daxil olan 7-ci nəsil texnologiyaya malik Abdülhamid Han qazma gəmisi, Kocaeli sahillərində yerləşən Kandıra-2 quyusunda ilin ilk hidrokarbon kəşfiyyat qazmasına başlayıb.

 

Enerji və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Qara dənizdə yerləşən Sakarya Qaz Sahəsində yerli və milli təbii qaz istehsalının artırılması və yeni ehtiyatların tapılması məqsədilə aparılan işlər fasiləsiz davam edir.

 

Bu çərçivədə, ötən il Göktepe-3 quyusunda 75 milyard kubmetr təbii qaz kəşfinə imza atan Abdülhamid Han qazma gəmisi yeni ilin ilk tapşırığı üçün Kocaeli sahillərində yerləşən Kandıra-2 quyusunda bu səhərdən etibarən fəaliyyətə başlayıb. Gəminin, su dərinliyi də daxil olmaqla təxminən 3 100 metr dərinliyə enməsi və qazma işlərinin 35 gün davam etməsi planlaşdırılır.

 

TRT Haber 

Səadət Əlizadə
 

 

 

#qazmasına #xəbər #han #dənizdə #kəşf
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər