00:00:00
Yazar
Ayşən Səlimova
27.03.2026 19:30 13 1 dəq oxuma
Dünya

“Abdülhamid Han” Qaradənizdə ilin ilk qazma işlərinə başlayıb

“Abdülhamid Han” Qaradənizdə ilin ilk qazma işlərinə başlayıb

7-ci nəsil texnologiyaya malik “Abdülhamid Han” qazma gəmisi Qaradənizdə ilin ilk hidrokarbon kəşf qazmasına start verib. Gəmi Kocaeli sahillərində yerləşən Kandıra-2 quyusunda təxminən 35 gün davam edəcək qazma işləri aparacaq.

 

Enerji və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, məqsəd Sakarya Qaz Yatağında yerli və milli təbii qaz hasilatını artırmaq və yeni ehtiyatlar aşkar etməkdir. Aprel ayında isə “Fatih” qazma gəmisinin Eflani-1 quyusunda fəaliyyətə başlaması planlaşdırılır.

 

 

TRT haber 

Mələk Hüseynova

#Dünya
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər