Abdullah Zubir Premyer Liqada 50-ci qolunu vurub
Misli Premyer Liqasının VIII turu Abdullah Zubir üçün əlamətdar olub.
"İnformator.az" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "Qarabağ"ın fransalı legioneri Premyer Liqada 50-ci qolunu vurub.
O, "Turan Tovuz"la səfər oyununda (2:1) fərqlənib. Zubir çempionatdakı 193-cü matçında 50-yə çatıb. Bütün qollarını Ağdam klubunda vuran yarımmüdafiəçi ölkə çempionatının yüksək dəstəsində 50 və daha çox qol vuran 42-ci futbolçu olub.
