Abituriyentlərin biliyinin ölçülməsi şansa buraxılmamalıdır
Bildiyimiz kimi, Dövlət İmtahan Mərkəzinin ali məktəbə qəbul imtahanında nəticəsi hesablananda abituriyentlərin 4 səhv cavabı onların 1 düz cavabının sayılmamasına səbəb olur.
Bir çox abituriyent bundan narazı olsa da, qayda hələ də mövcuddur.
Bəs bu qaydanın qoyulma səbəbi nədir?
Məsələ ilə bağlı təhsil eksperti Elçin Süleymanov "İnformator.az" a açıqlama edib.
Ekspertin sözlərinə görə, imtahan prosesində səhv cavabların düz cavabları aparması beynəlxalq qaydada qəbul olunub.
"Çünki abituriyentlərin biliyinin ölçülməsi şansa buraxılmamalıdır, yəni o, bilmədiyi cavabı yazırsa, bunun bir nəticəsinin olacağını, digər düz cavablarının azalmasını gözə almalıdır. Daha dəqiq və ya yaxın bildiyi cavab varsa, qeyd etməlidir. Əziyyət çəkib oxumaq, düz cavabı tapmaqla şans nəticəsində doğru cavabı tapmaq arasında fərq olmalıdır. Qeyd edim ki, bu beynəlxalq test metodologiyasında istifadə olunur".

Nəzrin Mirzəyeva
