00:00:00
Yazar
Admin User
14.01.2026 16:16 65 1 dəq oxuma
Dünya

ABŞ 75 ölkədən olan şəxslər üçün viza verilməsini dayandırır

ABŞ 75 ölkədən olan şəxslər üçün viza verilməsini dayandırır

ABŞ Prezidenti Donald Tramp administrasiyası 2026-cı il yanvarın 21-dən etibarən 75 ölkədən olan xarici vətəndaşlar üçün viza prosedurlarını dayandıracaq. Bu barədə Dövlət Departamentinin daxili memorandumuna istinadən media qurumları məlumat yayıb.

 

Məlumata görə, viza məhdudiyyətlərindən təsirlənən ölkələr arasında Somali, Rusiya, İran, Əfqanıstan, Braziliya, Nigeriya və Tailand da yer alır. Memorandum ABŞ-nin səfirlik və konsulluqlarına Dövlət Departamenti viza prosedurlarını yenidən qiymətləndirdiyi müddətdə mövcud qanunvericiliyə əsasən vizaların verilməsindən imtina etməyi tapşırır. Bununla belə, adi viza prosesinin nə vaxt bərpa olunacağı ilə bağlı hər hansı vaxt cədvəli açıqlanmayıb.

 

Dövlət Departamentinin sözçüsü sənədlə və ölkə siyahısı ilə bağlı şərh sorğularına dərhal cavab verməyib. Memorandum barədə ilk məlumatı FOX News yayıb.

 

Qeyd olunur ki, bu qərar Prezident Donald Trampın həyata keçirdiyi genişmiqyaslı immiqrasiya sərtləşdirmə siyasətinin tərkib hissəsidir. Tramp 2025-ci ilin noyabrında Ağ Ev yaxınlığında əfqanıstanlı vətəndaşın törətdiyi ölümcül silahlı hücumdan sonra “Üçüncü Dünya ölkələri” adlandırdığı regionlardan miqrasiyanı “daimi olaraq dayandıracağına” söz verib.

 

ANEWZ

Güllər Gülhüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər