ABŞ Avropadakı qırıcılarının sayını azaldır
ABŞ NATO-nun Avropadakı əməliyyatlarında iştirak edən qırıcı təyyarələrinin sayını azaldacaq.
"İnformator.az" xəbər verir ki, bu barədə “Nyu York Tayms” avropalı məmurlara istinadla məlumat yayıb.
Məlumata görə, Vaşinqton iyunun əvvəlində Avropa müttəfiqlərini məlumatlandırıb ki, F-16 və F-15E qırıcılarının sayı təxminən 150-dən 100-ə, dəniz kəşfiyyatı təyyarələrinin sayı 26-dan 15-ə endiriləcək və Avropada olan səkkiz tanker təyyarəsinin hamısı istismardan çıxarılacaq.