Vuçiç və Putin Serbiyaya qaz tədarükünü müzakirə ediblər
Serbiya Prezidenti Aleksandr Vuçiç bu gün rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı neft-qaz sahəsində əməkdaşlığı müzakirə etdiyini bildirib.
"İnformator.az" xəbər verir ki, bu barədə A.Vuçiç sosial şəbəkələrdə yayımladığı müraciətində qeyd olunub.
Onun sözlərinə görə, təxminən bir saat davam edən söhbət "məzmunlu" olub:
"Biz həmçinin Serbiyanın üzləşdiyi enerji problemlərini müzakirə etdik. İlk növbədə, qaz tədarükünə dair sazişə edilən əlavənin qüvvədə olma müddəti bir neçə gündən sonra bitir. Əminəm ki, artıq bazar ertəsindən bu əlavənin müddəti uzadılacaq və biz, əvvəlki kimi, qazı yaxşı, ucuz qiymətə ala biləcəyik".
A.Vuçiç qeyd edib ki, söhbət 1000 kubmetr qaz üçün təxminən 318 avrodan gedir, halbuki bu gün TTF bazarında qiymət 1000 kubmetr üçün 868 avro təşkil edir.
O, həmçinin Putinlə neft sənayesi məsələlərini də müzakirə etdiyini vurğulayıb. Serbiya liderinin sözlərinə görə, bu sahədə vəziyyət daha mürəkkəbdir.
A.Vuçiç qeyd edib ki, sentyabrın 27-də istefa vermək niyyəti barədə Putinə məlumat verib.