00:00:00
Yazar
Admin User
14.01.2026 18:04 65 1 dəq oxuma
Dünya

ABŞ Azərbaycan vətəndaşları üçün də viza verilişini dayandırır

ABŞ Azərbaycan vətəndaşları üçün də viza verilişini dayandırır

ABŞ 75 ölkənin vətəndaşları üçün vizaların verilməsini dayandırır.

 

“İnformator.az” xəbər verir ki, bu barədə Dövlət Departamenti qərar qəbul edib.

 

Bildirilib ki, sözügedən qərar “müraciət edənlərin daha ciddi yoxlanması” çərçivəsində qəbul olunub və 21 yanvardan qüvvəyə minəcək.

 

Qeyd edək ki, miqrant vizasının verilməsi dayandırılan ölkələrin siyahısına Əfqanıstan, Albaniya, Əlcəzair, Antiqua və Barbuda, Ermənistan, Azərbaycan, Baham adaları, Banqladeş, Barbados, Belarus, Beliz, Butan, Bosniya, Braziliya, Birma, Kamboca, Kamerun, Kabo-Verde, Kolumbiya, Kot-d'İvuar, Kuba, Konqo Demokratik Respublikası, Dominikan, Misir, Eritreya, Efiopiya, Fici, Qambiya, Gürcüstan, Qana, Qrenada, Qvatemala, Qvineya, Haiti, İran, İraq, Yamayka, İordaniya, Qazaxıstan, Kosova, Küveyt, Qırğızıstan, Laos, Livan, Liberiya, Liviya, Makedoniya, Moldova, Monqolustan, Monteneqro, Mərakeş, Nepal, Nikaraqua, Nigeriya, Pakistan, Konqo Respublikası, Rusiya, Ruanda, Sent-Kits və Nevis, Sent-Lüsiya, Sent-Vinsent və Qrenadinlər, Seneqal, Syerra-Leone, Somali, Cənubi Sudan, Sudan, Suriya, Tanzaniya, Tailand, Toqo, Tunis, Uqanda, Uruqvay, Özbəkistan və Yəmən daxildir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər