00:00:00
Yazar
Güllər Gülhüseynova
13.11.2026 17:51 22 1 dəq oxuma
Dünya

ABŞ Bəhreyndəki RLS-nin vurulması barədə bəyanatı rədd edib

ABŞ Bəhreyndəki RLS-nin vurulması barədə bəyanatı rədd edib

ABŞ Bəhreyndə amerikalı hərbçilərə məxsus radiolokasiya sisteminin məhv edilməsi barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatlarını təkzib edib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində deyilir.

 

"SEPAH ABŞ-nin Bəhreyndəki erkən xəbərdarlıq sisteminin radarına hücum etdiyini bildirib. SEPAH tərəfindən Bəhreyn istiqamətində birtərəfli hücum çərçivəsində iki pilotsuz uçuş aparatı buraxılıb, lakin onlar ABŞ qüvvələri tərəfindən ələ keçirilərək məhv edilib. İtki və ziyan qeydə alınmayıb", - komandanlığın məlumatında bildirilir.

#bəhreyndəki #xəbər #rədd #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər