ABŞ Braziliyanın ən böyük cinayət qruplaşmalarını terror təşkilatı elan edir
ABŞ Braziliyanın ən iri cinayət qruplaşmaları olan Comando Vermelho (CV) və Primeiro Comando da Capital-ı (PCC) xarici terror təşkilatları siyahısına daxil edir. Qərarın bu gündən qüvvəyə minəcəyi bildirilir.
Mütəxəssislərin fikrincə, bu addım Braziliyada fəaliyyət göstərən şirkətlər üçün hüquqi və maliyyə risklərini artıracaq, həmçinin biznes əməliyyatlarının xərclərinə təsir göstərəcək. CV və PCC ilk olaraq həbsxana dəstələri kimi formalaşsalar da, sonradan Cənubi Amerikanın narkotik ticarətində aparıcı mövqeyə yüksəliblər.
Hər iki qruplaşma çirkli pulların yuyulması və digər qanunsuz fəaliyyətlər vasitəsilə Braziliya iqtisadiyyatının müxtəlif sahələrinə nüfuz edib. ABŞ-ın yeni qərarının onların maliyyə şəbəkələrinə və beynəlxalq əlaqələrinə qarşı təzyiqləri artıracağı gözlənilir.
Tass
Ədilə Hüseynzadə