00:00:00
Yazar
Hüseynova Mələk
09.10.2026 21:27 38 1 dəq oxuma
Dünya

ABŞ-də hərbi cinayətkarın edamı canlı yayımlana bilər

ABŞ-də hərbi cinayətkarın edamı canlı yayımlana bilər

ABŞ-də 2009-cu ildə Fort-Hud hərbi bazasında 13 silahsız əsgəri öldürən keçmiş hərbi psixiatr Nidal Hasanın edamının canlı yayımlanması planlaşdırılır. ABŞ müdafiə naziri Pit Heqset bu barədə açıqlama verib. Edamın dekabrın 3-də Texas ştatındakı Fort-Hud hərbi bazasında güllələnmə yolu ilə həyata keçirilməsi nəzərdə tutulur. Bu, İkinci Dünya müharibəsindən sonra ABŞ hərbçiləri arasında güllələnmə üsulu ilə həyata keçiriləcək ilk edam olacaq.

 

Qərar beynəlxalq səviyyədə müzakirələrə səbəb olub. BMT-nin insan hüquqları üzrə ofisi edamın canlı yayımlanmasının işgəncələrin qadağan olunması prinsipini poza biləcəyini bildirib. Hüquqşünas Con Mills isə Hasanın hökmü ilə bağlı apellyasiya prosesinin hələ başa çatmadığını və bunun edamın təxirə salınmasına səbəb ola biləcəyini qeyd edib.

 

Hücum zamanı yaralanan keçmiş ABŞ hərbçisi Alonzo Lunsford edamı dəstəklədiyini, lakin onun canlı yayımlanmasının gənclərə təsirindən narahat olduğunu bildirib. ABŞ qanunvericiliyinə əsasən, hərbi edamları yalnız müəyyən şəxslər izləyə bilər və 18 yaşdan aşağı şəxslərin iştirakı qadağandır. Pentaqon canlı yayımın hansı qaydalarla həyata keçiriləcəyi barədə əlavə məlumat verəcəyini açıqlayıb.

 

BBC News

Fatimə Hüseynova

 

#ABŞ #cinayətkarlıq #artır
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər