00:00:00
Yazar
Lalə Qafarova
25.05.2026 21:34 14 1 dəq oxuma
Dünya

ABŞ-dən İranla bağlı açıqlama: “Olduqca güclü təklif var, ümid edirəm ki, razılıq əldə olunacaq”

ABŞ-dən İranla bağlı açıqlama: “Olduqca güclü təklif var, ümid edirəm ki, razılıq əldə olunacaq”

 

ABŞ Dövlət Katibi Marko Rubio Hindistanın paytaxtı Yeni Dehlidə İran müharibəsi ilə bağlı açıqlamalar verib. Rubio bildirib: “Ya yaxşı bir razılaşma əldə edəcəyik, ya da məsələni başqa bir yolla həll etmək məcburiyyətində qalacağıq". O, ötən gün isə “Bu gün yaxşı xəbərlər ala bilərik” , - deyib. ABŞ mediasının məlumatına görə, ABŞ və İran arasında razılaşmanın imzalanması bir neçə gün çəkə bilər.


ABŞ Dövlət Katibi Marko Rubio proqram çərçivəsində Hindistanın paytaxtı Yeni Dehlidə İran müharibəsi barədə danışıb. Ötən gün “Bu gün yaxşı xəbərlər alacağıq” , - deyən Rubio sonradan fikrini dəyişib.

Rubio deyib: “Biz dünən gecə müəyyən xəbərlərin gələ biləcəyini düşünürdük, bəlkə də, bu gün. Buna çox böyük məna yükləməyin. Cavabın gəlməsi bir qədər vaxt aparır. Buna görə də masada onların boğazları açmaq imkanı, həmin boğazları açmaları və nüvə məsələləri ilə bağlı çox real, ciddi və vaxt məhdudiyyətli danışıqlara başlamaları baxımından məncə, kifayət qədər güclü təklif var və ümid edirəm ki, buna nail ola bilərik”.


TRT HABER 
Reyhan Qulizadə

#abş-dən #var # #baki #ki # #olunacaq”
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər