ABŞ Dövlət Departamentinin nümayəndəsi Qazaxıstanın XİN başçısı ilə danışıqlar aparacaq
ABŞ Dövlət katibinin müavini Kristofer Landau Vaşinqtondakı Dövlət Departamentində Qazaxıstanın xarici işlər naziri Yermek Keşerbayevlə görüşəcək.
"İnformator.az" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.
Məlumata əsasən, görüş saat 14:30-da (Bakı vaxtı ilə 23:30) keçiriləcək. Danışıqların gündəliyi açıqlanmayıb.
