00:00:00
Yazar
Elmira Ağayeva
01.06.2026 21:01 15 1 dəq oxuma
Siyasət

ABŞ danışıqları yeni tələblər irəli sürərək uzadır

ABŞ danışıqları yeni tələblər irəli sürərək uzadır

 


ABŞ-nin mövqeyini davamlı şəkildə dəyişməsi və yeni tələblər irəli sürməsi danışıqlar prosesinin uzanmasına səbəb olur. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.


“Qarşı tərəf daim öz baxışlarını dəyişəndə, yeni və ya bir-birinə zidd tələblər irəli sürəndə, həmçinin media vasitəsilə müxtəlif ziddiyyətli mesajlar göndərəndə, bu, təbii olaraq danışıqlar prosesinin gecikməsinə gətirib çıxarır”,- deyə o, jurnalistlərə açıqlamasında bildirib.
Diplomatın sözlərinə görə, İranın ABŞ-yə qarşı əvvəldən ciddi etimadsızlığı olub və hazırda Vaşinqtonla mesaj mübadiləsi də eyni atmosferdə davam edir.

“Bu ziddiyyətli açıqlamalar onların danışıqlarda istifadə etdiyi taktikanın bir hissəsi ola bilər. Lakin bu üsul İranla bağlı işləməyəcək”, - deyə o əlavə edib.
“The New York Times” qəzetinin bazar günü yaydığı məlumata görə, ABŞ Prezidenti Donald Tramp İranla mümkün razılaşma üçün daha sərt şərtlər irəli sürüb. Nəşrin iddiasına əsasən, yenilənmiş şərtlər artıq İran tərəfinə təqdim olunub.
İyunun 1-i səhər saatlarında, qüvvədə olan atəşkəsə baxmayaraq, ABŞ İran ərazisinə zərbələr endirib. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yaydığı məlumata görə, həftəsonu ABŞ hərbçiləri İranın radar stansiyasına və pilotsuz uçuş aparatlarının idarəetmə mərkəzlərinə hücum edib.
Buna cavab olaraq, İran Silahlı Qüvvələri gecə hücumunun həyata keçirildiyi hərbi bazaya zərbə endirdiyini açıqlayıb.


TASS
Nuray Əliyeva

#ABŞ #İran
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər