ABŞ dövlət katibi Norveçin Baş naziri ilə Qrenlandiyanı müzakirə edib
ABŞ dövlət katibi Marko Rubio Norveçin Baş naziri Yonas Qar Störe ilə görüşdə Qrenlandiyanın strateji əhəmiyyətini müzakirə edib.
"İnformator.az" xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio sosial media hesabında yazıb.
O, Störe ilə Norveçin Arktika təhlükəsizliyindəki həyati rolu və Danimarkanın muxtar ərazisi olan Qrenlandiyanın strateji əhəmiyyəti barədə danışdığını söyləyib:
"Biz, vacib minerallar da daxil olmaqla, təchizat zəncirlərinin təhlükəsizliyini təmin etmək üçün Norveçlə işləməyə sadiqik".
Dövlət katibi həmçinin Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubbla görüşdüyünü və onun NATO müttəfiqlərini müdafiə xərcləri öhdəliklərini yerinə yetirməyə təşviq etmək səylərinə görə minnətdarlığını bildirib.
