ABŞ dövlət katibinin köməkçisi Kaleb Orr Azərbaycanda səfərdədir
ABŞ dövlət katibinin iqtisadi, energetika və biznes məsələləri üzrə köməkçisi Kaleb Orr Azərbaycanda işgüzar səfərdədir.
Bu barədə "İnformator.az" ABŞ Dövlət Departamentinə istinadən xəbər verir.
Kaleb Orrun Azərbaycana səfəri iyunun 3-dək davam edəcək.
Qeyd edək ki, Bakıda iyunun 1-2-si tarixlərində Bakı Enerji Həftəsi (Baku Energy Week) keçiriləcək, həmçinin ilk Azərbaycan-ABŞ İqtisadi Dialoqu baş tutacaq.