00:00:00
Yazar
Güllər Gülhüseynova
12.03.2026 21:19 14 1 dəq oxuma
Dünya

ABŞ Enerji naziri neftin 200 dollara yüksələcəyini istisna edib

ABŞ Enerji naziri neftin 200 dollara yüksələcəyini istisna edib

ABŞ Enerji naziri Kris Rayt neftin bir barelinin qiymətinin 200 dollara yüksəlməsinin mümkün olmadığını bildirib.

 

Kris Rayt CNN televiziyasına verdiyi müsahibədə ABŞ-İsrail ilə İran arasında baş verən qarşıdurmalar səbəbilə Hörmüz boğazında tanker hərəkətinin demək olar ki, dayanması nəticəsində neft tədarükündə yaranan fasilə və artan neft qiymətləri ilə bağlı qiymətləndirmələr aparıb.

 

Rayt bildirib ki, qısa müddətli fasilənin yaşanacağı bir neçə həftəni keçmək üçün nefti başqa yollarla bazara çıxaracaqlar. O, həmçinin Hörmüz boğazının açılmalı olduğunu və açılacağını qeyd edib.

 

Rayt ABŞ ordusunun uzunmüddətli bir problemi həll etmək üçün orada olduğunu deyərək, “Uzunmüddətli bir problemi həll etmək üçün qısamüddətli çətinliklərə dözmək lazımdır” ifadəsini işlədib.

 

“Ciddi qlobal neft böhranının ortasındayıq?” sualına cavab verən Rayt, “Uzunmüddətli dövrdə enerji axınının təhlükəsizliyini təmin etmək üçün qısamüddətli əhəmiyyətli bir fasilənin ortasındayıq” deyib.

 

İran rəsmilərinin “Neftin bir barelinin qiymətinin 200 dollara çatmasına hazır olun” mesajı xatırladıldıqda və bunun baş verib-verməyəcəyi soruşulduqda Rayt “Bunun mümkün olduğunu düşünmürəm” cavabını verib. O əlavə edib ki, hazırda diqqətləri hərbi əməliyyata və problemin həllinə yönəlib.

 

Rayt qısamüddətli qiymət dəyişiklikləri ilə bağlı proqnoz verməyəcəyini bildirərək, bunların neft axınından daha çox bazar psixologiyasına əsaslandığını vurğulayıb.

 

TRT XƏBƏR 
Lalə Qurbanlı

#edib #dollara #neftin #200
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər