ABŞ-Ermənistan əlaqələri müzakirə olunub
Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff arasında ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi və strateji münasibətlərin gələcək addımları ilə bağlı görüş keçirilib. Bu barədə Ermənistan hökumətindən məlumat verilib.
Tərəflər, həmçinin bu gün Ağ Evdə keçirilməsi planlaşdırılan Paşinyan və Tramp arasındakı üçtərəfli görüş barədə fikir mübadiləsi aparıblar. Qeyd edək ki, bu müzakirələrdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak edəcəyi digər bir üçtərəfli görüşün keçirilməsi nəzərdə tutulur.
ANEWZ
Gülhüseynova Güllər