ABŞ geri çəkilib, İraq ordusu nəzarəti ələ keçirib
ABŞ qüvvələri İraqın qərbində Eyn əl-Əsəd hava bazasından geri çəkilib və İraq ordusu tam nəzarəti ələ keçirib.
"İnformator.az" xəbər verir ki, bu barədə İraq Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, 2024-cü ildə Vaşinqton və Bağdad ABŞ-nin rəhbərlik etdiyi koalisiya qüvvələrinin İraqdan çıxarılması planları ilə bağlı razılığa gəliblər.
