00:00:00
Yazar
Admin User
09.02.2026 15:28 53 2 dəq oxuma
Dünya

ABŞ gələn həftə baş tutacaq danışıqlarda İranla razılaşmaya tələsmir

ABŞ gələn həftə baş tutacaq danışıqlarda İranla razılaşmaya tələsmir

ABŞ administrasiyası İranla gələn həftə keçirilməsi planlaşdırılan danışıqlarda sürətli razılaşmaya getməyə tələsmədiyini açıqlayıb. Vaşinqtonun mövqeyinə görə, proses uzunmüddətli siyasi və təhlükəsizlik maraqları prizmasından qiymətləndirilir.

 

Mövzu ilə bağlı politoloq Aydın Quliyev “İnformator.az”a açıqlamasında bildirir ki, ABŞ-İran danışıqlarının uzanmasında hər iki tərəf maraqlıdır, lakin tərəflər bunu açıq şəkildə etiraf etmir:

 

“Həm Vaşinqton, həm də Tehran danışıqların gecikməsinə görə məsuliyyəti qarşı tərəfin üzərinə atmağa çalışır. İran danışıqların uzadılması yolu ilə gündəliyi dəyişmək niyyətindədir. Tehran ABŞ ilə yalnız nüvə proqramı məsələsini müzakirə etmək istəyir və digər mövzuların masaya çıxarılmasına qarşıdır. Bu yanaşma İranın mümkün hərbi və siyasi təzyiqlərdən yayınmaq cəhdi kimi qiymətləndirilir. ABŞ isə danışıqlarda daha geniş çərçivə formalaşdırmağa çalışır. Vaşinqton nüvə proqramı ilə yanaşı, İranın raket potensialı, zənginləşdirilmiş uranın başqa ölkələrə ötürülməsi və regiondakı proksi qüvvələrin fəaliyyəti kimi məsələlərin də müzakirəsini istəyir. Bu isə tərəflər arasında əsas ziddiyyət nöqtəsidir”.

 

Politoloq vurğulayıb ki, ABŞ-nin danışıqları uzatmaqda öz maraqları var:

 

“ABŞ administrasiyası İranla bağlı hərbi ssenarilər üzrə hələlik yekun qərar verməyib və mümkün zərbələrin regionda yaradacağı nəticələri tam hesablaya bilmir. Bu qeyri-müəyyənlik Vaşinqtonu ehtiyatlı davranmağa məcbur edir. İsrailin ABŞ-nin İrana qarşı daha sərt addımlara təşviq etməsinə baxmayaraq, Vaşinqton bu istiqamətdə tələsmir. Çünki hərbi eskalasiya regionda genişmiqyaslı gərginliyə və ciddi diplomatik təzyiqlərə səbəb ola bilər. Mövcud mərhələdə tərəflər vaxt qazanmağa çalışır və gələcək addımlar üçün ssenarilər hazırlayır. Bu vəziyyət uzun müddət davam etməyəcək və yaxın həftələrdə ya danışıqlarda irəliləyiş olacaq, ya da ABŞ-nin İranla bağlı alternativ variantlara daha ciddi yanaşdığı mərhələ başlayacaq”.

 

Ayşə Müzəfərli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər