ABŞ hərbçiləri Livanda: İsrail ordusu geri çəkilir...
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığından (CENTCOM) olan bir qrup amerikalı hərbçi Livanın cənubundakı "pilot zonalar"da Livan ordusunun yerləşdirilməsinə kömək göstərmək məqsədilə Beyruta səfər edib.
"İnformator.az" xəbər verir ki, bu barədə “Naharnet” portalı məlumat yayıb.
Qeyd edək ki, Livan hökuməti iyulun 15-16-da Romada keçiriləcək İsraillə danışıqların növbəti raundunda iştirak etmək üçün nümayəndə heyəti göndərəcək. Məlumata görə, bu qərar İsrailin gələn həftədən Livanın cənubundakı ərazilərdən qoşunlarını çıxarmağa başlayacağını açıqladıqdan sonra qəbul edilib. Həmin ərazilərdə Livan ordusunun nəzarəti altında “pilot zonalar” yaradılması nəzərdə tutulur.