00:00:00
Yazar
Zəri Bayramlı
14.05.2026 23:35 13 1 dəq oxuma
Dünya

ABŞ humanitar yardım üçün əlavə 1,8 milyard dollar ayıracaq

ABŞ humanitar yardım üçün əlavə 1,8 milyard dollar ayıracaq

ABŞ humanitar yardım və BMT sistemində islahatlara dəstək üçün əlavə 1,8 milyard dollar ayıracaq.

 

"İnformator.az" xəbər verir ki, bunu ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts bildirib.

 

"Bu vəsaitlər dünyada daha çox insanın həyatını xilas etməyə və səmərəliliyi, hesabatlılığı və uzunmüddətli təsiri artırmaq üçün həyata keçirdiyimiz islahatları irəli aparmağa kömək edəcək", - deyə Uolts əlavə edib.

Onun sözlərinə görə, 2025-ci ilin dekabr ayında tərəflər BMT-nin humanitar sisteminin islahatı üçün 2 milyard dolların ayrılması ilə bağlı memorandum imzalayıblar.

"Əməkdaşlığımız və iş yükünün bölüşdürülməsi artıb, təkrarlanma və səmərəsizlik isə azalıb. BMT ən yaxşı bacardığı işi etdikdə - etibarlı və əlçatan logistika ilə geniş miqyasda çətin əli çatan ərazilərə humanitar yardım çatdırdıqda təşkilat uğur qazanır".

#azərbaycan #1 #8 #abş #yeni #humanitar
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər