00:00:00
Yazar
Admin User
05.02.2026 19:18 67 1 dəq oxuma
Dünya

ABŞ ilə Rusiya arasında müddəti başa çatan “New START” nüvə sazişi yenilənib

ABŞ ilə Rusiya arasında müddəti başa çatan “New START” nüvə sazişi yenilənib

ABŞ ilə Rusiya arasında strateji nüvə silahlarının məhdudlaşdırılmasını nəzərdə tutan “Yeni Strateji Silahların Azaldılması Müqaviləsi”nin (New START) yeniləndiyi iddia olunub.

 

ABŞ mərkəzli Axios xəbər platforması Vaşinqton və Moskvanın iki ölkə arasında son olaraq bir il müddətinə uzadılan və bu gün müddəti başa çatan New START sazişinin davam etdirilməsi barədə qərar qəbul etdiklərini bildirib.

 

Mövzu ilə bağlı xəbər platformasına məlumat verən üç mənbədən ikisi layihə planı üzərində razılığın əldə olunduğunu, lakin hələ də hər iki ölkə liderinin təsdiqinə ehtiyac duyulduğunu qeyd edib. Üçüncü mənbə isə son 24 saat ərzində Əbu-Dabidə danışıqların aparıldığını, lakin hələlik razılaşmanın əldə olunmadığını irəli sürüb.

 

Həmin rəsmilərdən biri “Rusiya ilə xoş niyyət əsasında hərəkət etmək və sistemin necə yenilənə biləcəyi ilə bağlı danışıqlara başlamaq barədə razılığa gəldik” ifadəsini işlədib.

 

Xəbər mənbələrindən digəri isə layihə sazişinin praktik nəticələrinin hər iki tərəfin ən azı 6 ay müddətində sazişin şərtlərinə əməl etməyi qəbul etməsi və bu müddət ərzində mümkün yeni razılaşma üzərində danışıqlar aparılması anlamına gəldiyini bildirib.

 

Xəbərin davamında New START sazişi ilə bağlı danışıqların çərşənbə gecəsi gec saatlara qədər davam etdiyi qeyd olunub.


TRT XƏBƏR
Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər