ABŞ-İran razılaşması İsraildə narazılıq yaradıb?
İsraildə müdafiə naziri İsrael Katz və ifrat sağçı mövqeyi ilə tanınan digər iki nazir İsrailin Livandan geri çəkilməyəcəyini bəyan ediblər. Hər üç nazir ABŞ və İran arasında əldə olunan razılaşmanı sərt tənqid edib. Baş nazir Binyamin Netanyahu hələlik məsələ ilə bağlı açıqlama verməyib. Müdafiə naziri Katz isə İsrail ordusunun Livandakı hərbi mövcudluğunu qeyri-müəyyən müddətə davam etdirəcəyini bildirib. Mətbuata sızdırılan razılaşma maddələrindən birində Livan da daxil olmaqla bütün cəbhələrdə daimi atəşkəsin təmin olunması nəzərdə tutulur. İsrail ABŞ-İran razılaşmasının tərəfi deyil və ölkə rəhbərliyi Livanın cənubundan İsrailə qarşı hücumlar həyata keçirən Hizbullah qruplaşmasına qarşı əməliyyatları davam etdirəcəyini vurğulayır.
BBC NEWS
Səmayə Səftərova