ABŞ-İran sazişi: tərəflərin bəyanatları və beynəlxalq reaksiya
ABŞ və İran münaqişənin həllinə yönəlmiş razılıq əldə ediblər. Sazişin imzalanmasının iyunun 19-da Cenevrədə baş tutacağı gözlənilir.
İran xarici işlər nazirinin müavini Kazem Qəribabadinin sözlərinə görə, ABŞ-nin İrana qarşı tətbiq etdiyi dəniz blokadası iyunun 15-də dayandırılacaq. Həmçinin Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatlar dərhal və geri dönməz şəkildə dayandırılacaq.
O bildirib ki, 60 günlük atəşkəs müddətində tərəflər İrana qarşı sanksiyaların yumşaldılması, Tehranın nüvə proqramı, ölkənin yenidən qurulması və iqtisadi inkişafı, eləcə də gələcək sazişin icrasına nəzarət mexanizmlərini müzakirə edəcəklər.
Nazir müavini vurğulayıb ki, danışıqların başlanması ABŞ-nin atacağı addımlardan asılıdır. Bu addımlar sırasında hərbi əməliyyatların dayandırılması, Hörmüz boğazına tətbiq edilən blokadanın ləğvi və İranın dondurulmuş aktivlərinin sərbəst buraxılması yer alır.
TASS
Nuray Əliyeva